Topaz Premyer Liqasının 2013/2014-cü il mövsümünün startı mükafatlara iddialı paytaxt klubları – “Bakı” və “İnter”in uğursuzluğu ilə əlamətdar olub.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki klub startda minimal fərqli məğlubiyyətlərə üzülərək özləri üçün ənənəvi olmayan autsayderlər sırasına düşüblər.
1999/2000-ci il mövsümündə güclülər dəstəsində “Xəzər Universiteti” adı ilə debüt edən və elə ilk 2 oyunda məğlub olan komanda “İnter”ə çevrildiyi 2004-cü ilin yayına kimi belə uğursuzluqla üzləşməmişdi. Bakılılar 2000/01-də 3, 2001/02-də 4, 2003/04 mövsümündə ilk iki turda 1 xal qazanmışdı.
9 il əvvəl adını dəyişib özü üçün yeni tarixə başlayan “İnter” ilk 7 mövsümündə ilk 2 matçda ən azı 1 qələbə qazanırdı. 2007/08 mövsümündə isə onların qazancı 6 xal olmuşdu. Ötən il də startda qələbə qazana bilməyən “İnter” 2 görüşdə 1 xal əldə edə bilmişdi. Bu dəfə isə indiki adı altında ilk dəfə, ümumilikdə isə 14 ildən sonra ardıcıl 2 yenilgiyə üzüldü.
“Bakı” üçün isə uğursuz start artıq ənənəvi hal alıb. Ardıcıl 4 mövsümdür ki, ilk 2 matçda paytaxtın eyniadlı təmsilçisi qələbə qazanmır. Ötən 2 mövsümdəki start heç-heçələrlə əlamətdar olmuşdu. 2010/11 mövsümünə isə indiki kimi məğlubiyyətlərlə başlayan “Bakı” 3 ildən sonra eyni uğursuzluğa üzüldü. Klub tarixinin daha 3 belə startı isə “Dinamo” və ya “Dinamo-Bakılı” adlandığı dövrlərə təsadüf edib. 1999/2000, 20001/02 və 2003/04 mövsümlərində komanda ilk 2 görüşdən sonra hesabına xal yazmamışdı.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...