"Fənərbaxça"nın hücumçusuna İtaliyadan təklif var

"Fənərbaxça"nın hücumçusuna İtaliyadan təklif var
XƏBƏR 11 Avqust 2013 / 01:26 3400
-  A +

"Fənərbaxça" klubunun hücumçusu Miloş Krasiç komandadan ayrıla bilər.

Qol.Az-ın məlumatına görə, serbiyalı futbolçunun yenidən İtaliya A Seriyasında oynayacağı iddia olunur.

Belə ki, Krasiçlə "Genua" klubu yaxından maraqlanır. İtaliya təmsilçisi 28 yaşlı futbolçunun transferi üçün 2,7 milyon avro ödəməyə hazırdır. "Fənərbaxça"nın əsas heyətindən kənarda qalan Krasiçin də bu təklifi müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, Krasiç 2010-2012-ci illərdə "Yuventus"un şərəfini qoruyub.


Son xəbərlər
topaz banner