“Qəbələ” cari mövsümdə ilk ev oyununu bu həftə keçirəcək.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” Topaz Premyer Liqasının II turunda “İnter”i qəbul edəcək.
İlk turda səfərdə “Bakı”nı 2:1 hesabı ilə məğlub edən Yuri Syominin komandası paytaxtın digər təmsilçisi ilə doğma divarlar arasında oynayacaq.
Bu qarşılaşma rəqiblər arasında 23-cü matç olacaq. Komandalar indiyədək 20 dəfə Premyer Liqa, 2 dəfə Azərbaycan kubokunda üz-üzə gəlib. İlk dəfə 7 il əvvəl görüşən komandaların oyunlarında üstünlük “İnter”in tərəfindədir. Paytaxt təmsilçisi 12 dəfə qalib gəlib və bunun yarısı qədər – 6 dəfə heç-heçə edib. “Qəbələ”nin hesabında isə 4 qələbə var. Ümumilikdə 49 qolun vurulduğu matçlarda “İnter” 33, “qırmızı-qaralar” 16 top vurub.
5-ci qələbə üçün meydana çıxacaq Syominin komandası bütün qalib gəldiyi görüşləri öz meydanında keçirib. “Qəbələ” 12-ci dəfə qəbul edəcəyi “bankirlər”lə ev oyunlarında üstünlüyə malikdir. Düzdür, hər iki komanda eyni sayda – 4 dəfə qalib gəlib. 3 qarşılaşmada isə qalib müəyyənləşməyib. Meydan sahibləri top fərqində minimal üstünlük əldə edib – 9:8.
Son 3 qarşılaşmada “Qəbələ” xal qazana bilməsə də, evdəki matçlarda fərqli durumdadır. Belə ki, meydan sahibləri son 3 matçda qonaqların qapısına yol tapıb və son 4 oyunda cəmi 1 dəfə uduzub.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...