"Qvardiolanın zamana ehtiyacı var"

"Qvardiolanın zamana ehtiyacı var"
XƏBƏR 10 Avqust 2013 / 18:53 1930
-  A +

"Bavariya"nın idman direktoru Mattias Sammer klubun yeni çalışdırıcısı Pep Qvardiola haqqında maraqlı açıqlamalar verib.

Qol.Az-ın Almaniya mətbuatına istiandən verdiyi məlumata görə, o, ispaniyalı mütəxəssisin burada uğur əldə etməsi üçün bir az zamana ehtiyacı olduğunu deyib.

Sammer klubun sabiq çalışdırıcısı Yup Haynkesi misal gətirərək bildirib ki, o da komandada ilk ilində heç bir kubok qazanmamışdı. Buna görə də idman direktoru ispan çalışdırıcının komandaya uyğunlaşmasında problemlərin yaşanmasını normal qarşılayıb:

"Qvardiola sehirbaz deyil. Hər kəs onun komandaya uyğunlaşmasında problem yaşamayacağını deyir, amma belə deyil. Baş məşqçinin taktikasını və oyun anlayışını komandaya başa salması zaman alır. Haynkes də ilk ilində uğur qazanmadı. Lakin bir az zaman keçdikdən sonra uğurlar əldə etməyə başladı".

Daha çox


Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi