Ançelotti: "Ronaldo örnək futbolçudur"

Ançelotti: "Ronaldo örnək futbolçudur"
XƏBƏR 10 Avqust 2013 / 17:52 2186
-  A +

Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti oyunçusu Kriştiano Ronaldonun örnək bir futbolçu adlandırıb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan italiyalı mütəxəssis portuqaliyalı hücumçunun hərtərəfli biri olduğunu bildirib:

"O, gənclər üçün bir örnəkdir. Ronaldo bir futbolçunun möhtəşəm olması üçün gərəkən bütün xüsusuiyyətlərə sahibdir. Üstəlik inanılmaz oyunçudur".

Madrid klubunun bir dünya nəhəngi olduğunu xatırladan Ançelotti komandada hər bir oyunçunun rəqabətçi ruha malik olmalarının vacibliyini vurğulayıb: "Onlara peşəkar davranmalarını və "Real" kimi prestijli klubda oynadıqlarının fərqində olmalarını söyləyirəm".

Son xəbərlər
topaz banner