Qvardiola "Borussiya" üzərindəki qələbədən danışdı

Qvardiola "Borussiya" üzərindəki qələbədən danışdı
XƏBƏR 10 Avqust 2013 / 14:40 2584
-  A +

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola Almaniya Bundesliqasının ilk turu çərçivəsində qarşılaşdıqları Münhenqladbax "Borussiya"sı ilə oyunu (3:1) şərh edib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, ispan mütəxəssis jurnalistlərə açıqlamasında komandanın oyunundan razı qaldığını deyib:

"Çətin bir oyun olacağını bilirdik. Bu komanda ilə oyun hər zaman çətin keçir. İkinci hissənin son 15 dəqiqəsində oyuna nəzarət edə bilmədik. Amma nəticə olaraq qalib gəldiyimiz üçün oyundan razıyam. Yenə də özümüzə güvənməyimiz üçün daha çox qələbələrə ehtiyacımız var" - deyə Qvardiola bildirib.

Son xəbərlər
topaz banner