"Fənərbaxça" "Arsenal"ı keçərsə, UEFA...

"Fənərbaxça" "Arsenal"ı keçərsə, UEFA...
ÖLKƏ FUTBOLU 10 Avqust 2013 / 13:09 6675
-  A +

Çempionlar Liqasının "pley-off" mərhələsində "Arsenal"la qarşılaşan "Fənərbaxça" klubu haqda maraqlı iddia ortaya atılıb.

Qol.Az-ın "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, İngiltərə mətbuatı "Fənərbaxça"nın "Arsenal"ı keçəcəyi təqdirdə UEFA-nın Türkiyə təmsilçisini cəzalandırmayacağını yazıb.

Belə ki, adı danışılmış oyunlarda hallanan "Fənərbaxça"nın avrokuboklardakı taleyi hələ də qaranlıq olaraq qalır. Lakin Britaniya mətbuatı Beynəlxalq Arbitraj məhkəməsinin (CAS) "Fənərbaxça"nın "Arsenal" səddini keçəcəyi təqdridə "sarı lacivərdlilər"in qrup mərhələsində oynamasına icazə verəcəyini iddia edir.

UEFA-dan gələn açıqlamada da "Fənərbaxça" və "Metallist" (Ukrayna) klublarının Çempionlar Liqasında iştirakının CAS-ın qərarından asılı olduğu bildirilib. 

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə