Hamşik 2018-ci ilə qədər "Napoli"də

Hamşik 2018-ci ilə qədər "Napoli"də
XƏBƏR 10 Avqust 2013 / 12:58 1521
-  A +

2007-ci ildən "Napoli" forması geyən Marek Hamşik klubu ilə olan müqaviləsini yeniləyib.

Qol.Az-ın məlumatına görə, bir çox klubların transfer siyahısında olan 26 yaşlı yarımmüdafiəçi 2018-ci ilə qədər müqaviləsini uzadıb.

Bu barədə futbolçunun özü İtaliyanın televiziya proqramlarından birinə açıqlama verərkən deyib. "Napoli" ilə sözləşməni 2018-ci ilə qədər uzatdım və çox xoşbəxtəm" - deyə o bildirib.

Qeyd edək ki, Hamşik indiyə kimi "Napoli" forması ilə 218 oyuna çıxıb və 61 qol vurub.


Son xəbərlər
topaz banner