Pirlo: "Məqsədimiz çempion olmaqdır"

Pirlo: "Məqsədimiz çempion olmaqdır"
XƏBƏR 10 Avqust 2013 / 11:38 1673
-  A +

"Yuventus"un təcrübəli futbolçusu Andrea Pirlo oyunçu kareyrasını hazırkı klubunda tamamlamaq istəyir.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan yarımmüdafiəçi komandadan ayrılmayacağını və müqaviləsi bitənə qədər burada qalacağını deyib:

"Yuventus" çox istəkli klubdur. Ümid edirəm ki, karyeramı burada tamamlayacam. Əsas istədiyim budur".

Bu mövsümkü məqsədləri haqqında da danışan Pirlo bildirib ki, ancaq qələbə qazanmaq istəyirlər: "Bunun üçün isə hər şey edəcəyik. Tarix yazmaq istəyirik. Düzdür, rəqiblərimiz güclü olduğu üçün bu il işimiz çətin olacaq. Çünki onlar çox yaxşı transferlər etdi. Ancaq bizim məqsədimiz çempion olmaqdır".

Son xəbərlər
topaz banner