Venger: "Fənərbaxça" ilə oyunlar böyük sınaq olacaq"

Venger: "Fənərbaxça" ilə oyunlar böyük sınaq olacaq"
XƏBƏR 10 Avqust 2013 / 10:41 2152
-  A +

"Arsenal"ın baş məşqçisi Arsen Venger Çempionlar Liqasının "pley-off" mərhələsində püşkü dəyərləndirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis "Fənərbaxça"nın çox güclü olduğunu deyib:

"Bizim üçün çətin püşk oldu. Çünki "Fənərbaxça" ÇL-də tarixi və təcrübəsi olan bir klubdur. Çox yaxşı bir heyətə sahibdirlər. Yobo və Dirk Kuyt kimi oyunçuları var".

Venger bütün bunlara baxmayaraq bu mərhələni keçəcəklərinə əmin olduqlarını bildirib: "Yaxşı bir oyun nümayiş etdirmək məcburiyyətindəyik. Yola davam edəcəyimizdən əminəm, amma bu oyunlar bizim üçün böyük bir sınaq olacaq".

Son xəbərlər
topaz banner