"Bavariya" mövsümə qələbə ilə başladı

"Bavariya" mövsümə qələbə ilə başladı
XƏBƏR 10 Avqust 2013 / 10:24 1865
-  A +

Bu mövsüm Almaniya Bundesliqasının açılış matçında "Bavariya" ilə "Borussiya" (Münhenqladbarx) klubları üz-üzə gəlib.

Qol.Az-ın məlumatına görə, Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiolanın da liqada ilk oyunu olduğu bu matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə qolları "Bavariya"dan Aryen Robben, Mario Mandzukiç və Alaba vurublar. Dante isə öz topu öz qapısına vururaraq hesabın 3:1 olmasına səbəb olub.

Bu qələbə ilə "Bavariya" Bundesliqada 26-cı dəfə məğlub olmayıb.


Son xəbərlər
topaz banner