Slaven Biliç: "Tromse" ilə oyunda favorit bizik"

Slaven Biliç: "Tromse" ilə oyunda favorit bizik"
XƏBƏR 10 Avqust 2013 / 00:45 2104
-  A +

"Beşiktaş"ın baş məşqçisi Slaven Biliç UEFA Avropa Liqasının "pley-off" mərhələsindəki rəqibləri "Tromse" haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis "NTV"yə açıqlamasında püşkün favoritinin "Beşiktaş" olduğunu deyib: "Daha zəif və ya da daha güclü rəqiblə düşə bilərdik. Təbii ki, Norveç klubu ilə qarşılaşmaq təhlükəlidir. Liqalarının başlaması onlar üçün üstünlük olacaq. Amma bizim növbəti mərhələyə keçmək şansımız olduğunu düşünürəm. Favorit bizik".

Qeyd edək ki, "Tromse" bu mövsüm Avropa liqasının  II təsnifat mərhələsində Bakı "İnter"ini mübarizədən kənarlaşdırıb.

Son xəbərlər
topaz banner