Ersun Yanal: "Arsenal"la oyunda gücümüzü göstərəcəyik"

Ersun Yanal: "Arsenal"la oyunda gücümüzü göstərəcəyik"
XƏBƏR 10 Avqust 2013 / 00:15 1888
-  A +

"Önəmli olan rəqibin hansı olduğu deyil, bizim necə oynayacağımızdır. Onsuzda rəqiblərimizin beşi də güclü idi".

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Fənərbaxça"nın baş məşqçisi Ersun Yanal Çempionlar Liqasının "pley-off" mərhələsinin püşkatmasında "Arsenal"la düşmələrini dəyərləndirərkən deyib.

Baş məşqçi qarşıdakı matçlarda futbolçularına və azarkeşlərə güvəndiyini bildirib: "Fənərbaxça" dünyanın öndə gələn klubları arasında yer alır. Gücümüzü burada da göstərəcəyik. Futbolçulara və azarkeşlərə güvənirəm. "Fənərbaxça"nın yeri Avropadır".


Son xəbərlər
topaz banner