"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin püşkatması ilə bağlı müsahibə verib. Müsahibəni təqdim edirik.
- Pley-off-da yenə alman komandası ilə qarşılaşacaqsız. Püşkün nəticəsini necə dəyərləndirərdiz? "Ayntraxt"ı münasib rəqib saymaq olarmı?
- Normal. Çünki püşkatma elə şeydi ki, buna o qədər də həssas yanaşmaq lazım deyil. Beş rəqib idi, onların hər biri düşə bilərdi. Yaxşı, ciddi rəqib düşdü. Bundesliqa səviyyəsinə görə ilk sıralarda olan çempionatlardan biridi. Ona görə də "Ayntraxt" haqda əlavə danışmağa ehtiyac yoxdu. Vaxtı çatanda, rəqibə daha ciddi yanaşacağıq. Onları yaxından tanıyıb, oyunumuzu buna uyğun qurmağa çalışacağıq. Qarşıdakı 1-2 günü "Sumqayıt"la oyuna sərf edəcəyik. İnşallah, bundan sonra rəqib haqqında məlumat toplamağa başlayacağıq.
- Siz daha çox hansı rəqiblə qarşılaşmaq istərdiz?
- İnanırsız, o qədər maraqlanmadım ki, hansı düşsün, hansı düşməsin. Sadəcə, oturub gözlədim ki, hansı komanda bizim rəqibimiz olacaq. Püşkatma elə şeydi ki, hansısa rəqibi çox düşünsən, başqa cür təsir edə bilər. Xeyirlisi nə idisə, bizim üçün də o oldu. Əvvəl fikirləşirdik ki, bu rəqiblərdən biri ilə düşə bilərik. Amma artıq bilirik. Bundan sonra yalnız "Ayntraxt"ı düşünəcəyik.
- İkinci dəfə pley-off-da alman klubu ilə görüşəcəksiz. Düşünmək olarmı ki, artıq bu futbola bələdsiz və bu dəfə fərqli oyun və nəticə görəcəyik?
- İnşallah, daha fərqli oyun oynamağa çalışacağıq. Artıq bir az da təcrübəliyik. İki il öncə "Borussiya" ilə oynamışıq. Bu dəfə fərqli oynayacağıq. Amma avropalılar elədi ki, onlara maksimum dərəcədə ciddi yanaşmalıyıq.
- Amma nəzərə alaq ki, "Ayntraxt" "Borussiya" deyil.
- "Borussiya" bizimlə oynadıqları ildən sonra daha güclü çıxış etməyə başladılar. Ona kimi son bir neçə ildə "Borussiya"nın uğuru yox idi. Həmin ildən sonra isə ardıcıl iki dəfə çempion oldular. Ona görə də alman klubları arasında fərq görmürəm. Çünki ən azı onların Avropa təcrübəsi daha çoxdu. Hazırda bu komandaya çox vaxt sərf etmirəm. Qarşıda çempionatımız var. Sizlər də bir o qədər üstünə getməsəz, yaxşı olar. Çünki hələ vaxta var.
- "Qarabağ"ı qrup mərhələsində görürsüz?
- Bu gün "Ayntraxt"la "Qarabağ"ı yan-yana qoysaq, onlar oynadıqları çempionata görə bizdən daha üstündü. Biz də sona kimi mübarizə aparacağıq. Çalışacağıq ki, rəqibi daha yaxından tanıyaq və düzgün oyun quraq. Həyatda mümkünsüz heç nə yoxdu. İnşallah, azarkeşlərimizi sevindirməyə və məzmunlu oyun göstərməyə çalışacağıq.
Mənbə: sportinfo.az
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video