Rəşad Sadıqov: “Onsuz da asan rəqib gözləmirdik”

Rəşad Sadıqov: “Onsuz da asan rəqib gözləmirdik”
ÖLKƏ FUTBOLU 9 Avqust 2013 / 16:35 5393
-  A +

“Artıq ikinci dəfədir ki, “pley-off”da Almaniya klubu ilə qarşılaşırıq. Üç il əvvəl “Borussiya” ilə qarşılaşmışdıq, indi isə “Ayntraxt” rəqibimiz oldu. Məlumdur ki, bizi asan oyun gözləmir”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov komandasının  Avroliqanın “pley-off” mərhələsində Almaniyanın “Ayntraxt” (Frankfurt) klubuna rəqib olması haqqında danışarkən deyib.

Təcrübəli futbolçu çətin rəqiblə düşdüklərini deyib. “Onsuz da asan rəqib gözləmirdik. Avroliqada cəmi 1-2 komandanı nisbətən asan rəqib adlandıra bilərdik. Onun da 35 komanda içərisindən düşəcəyi real görünmürdü. Hər bir rəqiblə düşəndə Allaha sığınmışıq. İndi də belə olacaq. Artıq neçənci dəfədir ki, “pley-off”da bizə çətin rəqiblər düşür. Yenə də Allah bilən məsləhətdir. İnşallah, yaxşı nəticə qazanmaq üçün hazırlaşacağıq. Heç bir rəqiblə oyundan qabaq proqnoz vermək olmaz. Başımızı salıb oyuna hazırlaşacağıq” – deyə R.Sadıqov bildirib.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə