“Atletiko” Arda Turanın qiymətini açıqladı

 “Atletiko” Arda Turanın qiymətini açıqladı
XƏBƏR 9 Avqust 2013 / 14:41 4012
-  A +

“Atletiko” futbolçusu Arda Turanın qiymətini açıqlayıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Madrid klubu “Qalatasaray”ın Arda üçün göndərdiyi təklifi (12 milyon avro + futbolçusu Riera) qəbul etməyib.

İstanbul təmsilçisinin prezidenti Ünal Aysalla “Atletiko”nun baş direktoru Xesus Gilin görüşü zamanı Ardaya 17 milyon avro qiymət qoyulub. X.Gil bu məbləği ödəyəcəkləri təqdirdə “Qalatasaray”ın Ardanı ala biləcəyini deyib.

Aysalın baş məşqçisi Fatih Terimlə müzakirədən sonra yekun qərarını verəcəyi gözlənilir.


Son xəbərlər
topaz banner