"Borussiya" ciddi itki ilə üzləşdi

"Borussiya" ciddi itki ilə üzləşdi
XƏBƏR 9 Avqust 2013 / 14:22 2397
-  A +

Dortmund "Borussiya"sının futbolçusu Lukaş Pişçek 2014-cu ilə qədər yaşıl meydanlardan kənar qalacaq.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumatına görə, qığırdağındakı problemlər səbəbi ilə polşalı müdafiəçi yenidən əməliyyat olunmaq məcburiyyətində qalıb.

Klubun həkimi Markus Braun jurnalistlərə açıqlamasında Pişçekinin 2014-cü ilə qədər sağala biləcəyini deyib.

Məhz bu səbəbdən baş məşqçi Yurgen Kloppun müdafiəyə yeni futbolçu transfer edəcəyi gözlənilir.

 


Son xəbərlər
topaz banner