Droqbaya ABŞ-dan təklif var

Droqbaya ABŞ-dan təklif var
XƏBƏR 9 Avqust 2013 / 13:12 2307
-  A +

"Qalatasaray"ın futbolçusu Didye Droqbanı gözlənilməz bir klub transfer etməyə hazırlaşır.

Qol.Az-ın "New York Times" qəzetinə istinadən verdiyi məlumata görə, Fildişi sahilli hücumçunu "New York Redd Bulls" klubu heyətinə qatmaq istəyir.

Belə ki, avqustun 14-ü ABŞ-la hazırlıq matçında Fildişi Sahili millisinin heyətində oynayacaq Droqba ilə klubun idman direktoru Andi Roksburq görüşəcək. ABŞ təmsilçisi futbolçuya illik 5,5 milyon dollar təklif edəcək.  O cümlədən Droqbanın sponsor və reklamlardan qazanacağı məbləğ isə 3-4 dəfə artacaq.

Hücumçunu bu təklifə hansı cavab verəcəyi maraqla gözlənilir.

Son xəbərlər
topaz banner