Millimiz "Neftçi"ni məğlub etdi

XƏBƏR 9 Avqust 2013 / 12:06 2288
-  A +

Bakı şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

Qol.Az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, "Neftçi" klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 4:0 hesabı ilə qələbə qazanıb.

Qolları Roman Hüseynov, Umar Akmurzayev, Elnur Cəfərov və Fərid Kərimzadə vurub.

Son xəbərlər
topaz banner