"Beşiktaş"dan növbəti transfer

"Beşiktaş"dan növbəti transfer
XƏBƏR 9 Avqust 2013 / 11:44 3679
-  A +

Türkiyənin "Beşiktaş" klubu heyətini daha bir futbolçu ilə gücləndirəcək.

Qol.Az-ın "Ntv spor"a istinadən verdiyi məlumata görə, "Olimpiokas"un oyunçusu Xose Holebasın transferi üçün Yunanıstan təmsilçisi ilə razılığa gəlinib.

29 yaşlı müdafiəçi üçün təzminat qiyməti olaraq 2 milyon avro ödəniləcəyi bildirilib. Holebasla isə 2 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, futbolçu Yunanıstanın ən yaxşı müdafiəçilərindən biri hesab olunur.


Son xəbərlər
topaz banner