"Suarezi heç bir kluba satmayacağıq"

"Suarezi heç bir kluba satmayacağıq"
XƏBƏR 9 Avqust 2013 / 11:00 1833
-  A +

"Liverpul" klubu futbolçusu Luis Suarezin komandadan ayrılmaq istəməsinə baxmayaraq onu satmayacaq.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, klubun sahiblərindən biri olan Con Anri uruqvaylı hücumçunun bu mövsüm də "Liverpul"da qalacağını deyib: "Suarezi satmayacağıq. Bu dəqiqədən sonra onu  "Arsenal"a satmağımız mümkünsüzdür. Bütün klublar demək olar ki, transferləri tamamlayıb və qalacaq oyunçuları müəyyənləşdirib. Suarez burada qalacaq".

Anri deyib ki, futbolçunun rəqiblərindən birinə satmaq gülünc olar: "Bu söylədiklərim sadəcə "Arsenal"a aid deyil. Suarezi başqa kluba da satmayacağıq. Bu saatdan sonra onun yerinə başqa oyunçu tapmağımız mümkünsüzdür".


Son xəbərlər
topaz banner