Messi: "Neymarla problemim yoxdur"

Messi: "Neymarla problemim yoxdur"
XƏBƏR 9 Avqust 2013 / 10:30 2234
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi komanda yoldaşı Neymarla münasibətləri haqqında danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, argentinalı hücumçu Neymarla arasında heç bir problemin olmadığını deyib: " Mətbuatda bizim haqqımızda yanlış informasiyalar verilir. Onunla heç bir problemim yoxdur. Meydanda və gündəlik həyatda onunla bir-birimizi çox yaxşı başa düşürük. Gün keçdikcə bir-birimizi daha yaxşı anlayırıq. Hələlik birlikdə çox oynaya bilməmişik. Ancaq Neymar bizə çox xeyir verəcək futbolçudur" - deyə Messi bildirib.


Son xəbərlər
topaz banner