“Qarabağ”ın “pley-off”dakı oyunlarının vaxtı müəyyənləşdi

“Qarabağ”ın “pley-off”dakı oyunlarının vaxtı müəyyənləşdi
XƏBƏR 9 Avqust 2013 / 01:29 4286
-  A +

Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın oyunlarının vaxtı müəyyənləşib.

Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, milli komandaların gələn həftə keçirəcəyi yoxlama görüşləri ilə əlaqədar Avroliqada növbəti mərhələnin matçlarına avqustun 22-də start veriləcək. Cavab oyunları isə avqustun 29-da baş tutacaq.

“Qarabağ”ın “pley-off”dakı rəqibi, ilk və cavab matçını harada keçirəcəyi isə bu gün UEFA-da keçiriləcək püşkatmadan sonra bilinəcək.


Son xəbərlər
topaz banner