Fransa millisinin futbolçusu karyerasını başa vurdu

Fransa millisinin futbolçusu karyerasını başa vurdu
XƏBƏR 9 Avqust 2013 / 01:13 2122
-  A +

Fransa futbolunun önəmli simalarından biri olan Luis Saha futbolçu karyerasını başa vurub.

Qol.Az-ın məlumatına görə, 35 yaşını qeyd edən hücumçu "Twitter" sosial şəbəkəsindəki hesabından belə bir qərar verdiyini açıqlayıb:

"Bütün baş məşqçilərimə, komanda yoldaşlarıma, rəqiblərimə, məni dəstəkləyən və sevən hər kəsə təşəkkürümü bildirirəm. Peşəkar futbolçu karyeramı başa vururam və gənc oyunçulara futboldan ala biləcəkləri qədər həzz almalarını diləyirəm" - deyə o bildirib.

Qeyd edək ki, 20 dəfə Fransa millisinin formasını geyən Saha indiyə kimi "Metz", "Fulhem", "Mançester Yunayted", "Everton", "Tottenhem", "Sanderlend" və son olaraq "Latsio" kimi klubların şərəfini qoruyub.

Son xəbərlər
topaz banner