Qurban Qurbanov "Gefle" zəfərindən danışdı

Qurban Qurbanov "Gefle" zəfərindən danışdı
ÖLKƏ FUTBOLU 9 Avqust 2013 / 00:50 4750
-  A +

"Oyunumuz yaxşı alındı. İlk görüşdən sonra rəqibi yaxşı təhlil etmişdik. Düşünürəm ki, elə bu səbəbdən də oyunumuz istədiyimiz kimi alındı".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Gefle" ilə oyundan (2:0) sonra keçirilən mətbuat konfransında deyib.

Q.Qurbanov "pley-off"da da yaxşı oyun sərgiləyəcəklərini bildirib: "Burada öz oyunumuzu oynadıq. Topu özümüzdə saxlamağı bacardıq. Artıq "pley-off"dakı rəqibimizi gözləyirik. Bu mərhələdə də yaxşı oyun sərgilməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ"ın "pley-off"dakı rəqibi bu gün Bakı vaxtı ilə saat 16:00-da bəlli olacaq.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə