"Qarabağ"ın "pley-off"dakı rəqibi bu gün bəlli olacaq

"Qarabağ"ın "pley-off"dakı rəqibi bu gün bəlli olacaq
XƏBƏR 9 Avqust 2013 / 00:01 3228
-  A +

Avropa Liqasının III təsnifat mərhələsində İsveçin "Gefle" klubunu mübarizədən kənarlaşdıran (1:0, 2:0) "Qarabağ"ın "pley-off"dakı rəqibi bu gün müəyyənləşəcək.

Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Ağdam təmsilçisi püşkatma zamanı səpələnməmişlər səbətində yer alacaq ki, bu da komandamızı "pley-off"da nisbətən güclü rəqiblə qarşı-qarşıya qoyacaq. "Qarabağ"ın potensial rəqibləri sırasında "Tottenhem" (İngiltərə), "Dinamo" (Kiyev), "Rubin" (Kazan, Rusiya), "Fiorentina" (İtaliya), APOEL (Kipr), "Beşiktaş" (Türkiyə) "Feyenord" (Hollandiya) və digər klubları göstərmək olar.


Qarabağ FK
Son xəbərlər
topaz banner