"İlk oyunda demək olar ki, “Gefle” həddindən artıq zəif təsir bağışladı. Buna baxmayaraq, “Qarabağ”da da bəxtsizlik oldu ki, o qədər şansdan cəmi birindən istifadə edə bildi. Amma demək olmaz ki, “Gefle” ev oyununda da Bakıdakı kimi çıxış edəcək”.
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov Avroliqanın III təsnifat mərhələsinin bu gün baş tutacaq “Gefle” - “Qarabağ” oyunu ərəfəsində Qol.Az-a bildirib.
O qeyd edib ki, “Gefle”nin ilk oyunda “Qarabağ”dan zəif olması aşkar hiss olunub. Həmçinin Y.Hüseynov bildirib ki, rəqib komandanı tanımaq çətindir: “İsveç klubundan baş aça bilmədim. Onlar bu oyunla “Anortosis”ə necə 4 qol vurublar, mənə də maraqlıdır. Amma bu, onu göstərir ki, rəqib öz meydanında normal futbol oynayır.Demək olar ki, “Gefle” “Qarabağ”ın qapısı qarşısında təhlükə yarada bilmədi. Sadəcə onların bir üstünlüyü odur ki, ucaboydurlar”.
Veteran futbolçu “Qarabağ”ın bugünkü oyunu haqda danışıb və təmsilçimizin mərhələni adlayacağına şübhə etmədiyini vurğulayıb: “Bugünkü oyunda “Gefle” ucaboy olmalarından istifadə etməyə çalışacaq. Əsasən cərimə zəribələrindən təhlükəli ola bilərlər. Ancaq dediyim kimi “Gefle”nin necə komanda olmasını demək çətindir. Bakıdakı oyunları onu göstərdi ki, rəqib üçün başağrısı ola bilməzlər. Bununla belə, “Qarabağ” bu gün çox diqqətli olmalıdır. İnanıram ki, komandamız rəqibini asanlıqla keçəcək. Bu gün “Qarabağ” qol vuracaq. Komandamızın səfərdə bir qol vurmağı isə böyük ölçüdə mərhələni adlamağa kifayət edəcək”.
Y.Hüseynov “Qarabağ”ın itkilərindən də söz açıb: “Vüqar Nadirov çox sürətli və dəqiq zərbələri olan bir futbolçudur. Almeyda da komanda üçün böyük işlər görür. “Qarabağ” kollektiv oyun nümayiş etdirsə də, bu futbolçuların yoxluğu özünü göstərəcək. Ancaq bu, “Qarabağ”ı sarsıda bilməz”.
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video