Riçard Almeydanın fərqi

XƏBƏR 8 Avqust 2013 / 16:38 4877
-  A +

“Qarabağ”ın Avropadakı uğurunun bir səbəbi də bilirsiniz nədi?

Aşağıda yerləşdirilən bu şəkilə diqqətlə baxın. “Qarabağ”ın braziliyalı futbolçusu Riçard Almeydaya məxsusdur. Almeydanın Azərbaycan futboluna indiyədək bir milliqram xeyri dəyməyən “İnter”lə oyunda rəqib futbolçu ilə toqquşma zamanı beyni silkələnib, buna görə də İsveçə, “Gefle” ilə oyuna aparılmayıb.

Sözümüz bunda deyil. Sözümüz “Qarabağ”lı əcnəbi bir futbolçunun yaşadığı ölkənin dəyərlərinə verdiyi qiymətdədir. Almeyda öz ana dilində yazdığı bu sözləri google-nin tərcümə xidməti vasitəsilə azərbaycancaya çevirib. Hərfi tərcümədir. Səhvlər, başa düşülməyən cümlələr olacaq. Amma yenə də bir əcnəbinin timsalında “mənim Azərbaycan dilində danışmama ehtiyac yoxdur” deyənlərə, bəzən doğma dilimizə yuxarıdan aşağı baxanlara yaxşı nümunədir.
“Qarabağ” Avropada həm də bu hisslərə görə qalib gəlir.

“Qarabağ”ın braziliyalı futbolçusu yeri gələndə bizlərdən biri ola bildiyinə görə qalib gəlir.

Qol.Az


Son xəbərlər
topaz banner