UEFA iki erməni hakimi ömürlük cəzalandırdı

UEFA iki erməni hakimi ömürlük cəzalandırdı
XƏBƏR 8 Avqust 2013 / 15:57 2559
-  A +

UEFA Ermanistan Futbol Federasiyasının təqdimatına əsasən iki erməni FİFA hakimini ömürlük cəzalandırıb.

Qol.Az-ın məlumatına görə, Andranik Arsenyan və Kovhannes Avaqyan Avropa Liqasının birinci təsnifat mərhələsində Filandiya “İnter”inin Farer adalarının “Vikinqur”u 1:0 hesabı ilə məğlub etdiyi matçda nəticəyə təsir göstərən səhvə yol veriblər. Hakimlər sonradan federasiyaya bu səhvlərini etiraf ediblər. Onlar bunu bukmeyker kontorlarından pul qazanmaq məqsədilə etdiklərini bildiriblər.

Oyunun özü barədə qərar isə avqustun 22-i veriləcək.


Son xəbərlər
topaz banner