"Real"dan Qaret Beyl üçün 230 milyon avro

"Real"dan Qaret Beyl üçün 230 milyon avro
XƏBƏR 8 Avqust 2013 / 12:49 3953
-  A +

"Real"ın (Madrid) uzun müddətdir ki, heyətinə qatmaq istədiyi "Tottenhem"in futbolçusu Qaret Beylin transferi Madrid klubu üçün baha başa gələcək.

Qol.Az-ın eurosport.com-a istinadən verdiyi məlumata görə, aparılan  hesablamalara əsasən bu transferin 230 milyon avro edəcəyi məlum olub.

Belə ki, 23 yaşlı yarımmüdafiəçi ilə altı illik müqavilə imzalayacağı gözlənilən "Real" oyunçuya həftəlik 230 min avro vermək istəyir.  Vergilər və digər ödənişlərlə bərabər  bu transferin Madrid klubuna  230 milyon avroya başa gələcəyi bildirilir.

Qeyd edək ki, Beyl üçün "Real"ın son olaraq 120 milyon avorluq təklif göndərdiyi iddia edilir.


Son xəbərlər
topaz banner