"Arsenal"dan Suarezə 50 milyon avro

"Arsenal"dan Suarezə 50 milyon avro
XƏBƏR 8 Avqust 2013 / 11:33 2140
-  A +

"Arsenal" uzun müddətdir ki, heyətinə qatmaq istədiyi "Liverpul"un futbolçusu Luis Suarezin transferini bitirməyə çox yaxındır.

Qol.Az-ın "Daily star" qəzetinə istinadən verdiyi məlumata görə, klub uruqvaylı hücumçu üçün təzminat qiymətini 50 milyon avroya qədər yüksəldib.

Suarezin son açıqlamasında komandadan getmək istəməsini bildirdiyi, o cümlədən futbolçuya yüksək məbləğ təklif olduğu üçün bunun "Liverpul" tərəfindən qəbul olunacağın gözlənilir.

Qeyd edək ki, Suarez komandadan ayrılamsına icazə verilməyəcəyi təqdirdə müqaviləsindəki maddəyə əsasən İngiltərə Futbol Federasiyasına müraciət edəcəyini bildirib.


Son xəbərlər
topaz banner