"Qarabağ" "Gefle" ilə oyunöncəsi son məşqinə çıxdı

"Qarabağ" "Gefle" ilə oyunöncəsi son məşqinə çıxdı
XƏBƏR 8 Avqust 2013 / 01:05 1973
-  A +

"Qarabağ" Avroliqanın III təsnifat mərhələsinin "Gefle" ilə cavab  oyununa hazırdır.

Qol.Az-ın klubun saytına isitnadən yaydığı xəbərə görə,  İsveç komandasıyla cavab görüşünə çıxacaq komandamız dünən Bakı vaxtı ilə saat  22:00-da məşqə çıxıb.
 
Oyunun keçiriləcəyi "Norrporten Arena"da təmsilçimizin məşqi 1 saat davam edib. Ənənəvi olaraq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçuları çox yükləməyib.   Vüqar Nadirov fizioterapevt nəzarətində xüsusi olaraq çalışıb.

Məşqi izləyənlər arasında "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl də olub. Klub rəsmisi məşq bitəndən sonra yaşıl meydançadaca da komandayla görüşüb. Sabah bütün Azərbaycanın "Qarabağ"dan qələbə gözlədiyini bildirib. 

Son xəbərlər
topaz banner