Kroyf: "Barselona" tələsik qərar verdi"

Kroyf: "Barselona" tələsik qərar verdi"
XƏBƏR 7 Avqust 2013 / 19:07 4139
-  A +

"Barselona"nın əfsanə adlarından Yohan Kroyf Kataloniya klubunun son transferləri barədə danışıb.

Qol.Az-ın məlumatına görə, klubun keçmiş çalışdırıcılarından olan Kroyf "Barsa"nın komandaya baş məşqçi kimi Xerardo Martinonu gətirməkdə tələsik qərar verdiyini deyib: 

"Sözün düzü, nə düşünəcəyimi bilmirəm. Martinonun başqa klubları da çalışdırdığını bilirəm. Amma məncə, bu qərar çox düşünülmədən və tələsik verilmiş bir qərardır".

Kroyf bir daha Neymarın komandaya transferinin problemler yarada biləcəyini bildirib: "Bir gəmidə iki kapitan problem yaradar. Messi və Neymar möhtəşəm oyunçudurlar. Rəhbrəliyin qərarına hörmət etməliyik, ancaq onların ikisi də gəncdir. Neymar komandaya çox tez gətirildi. O, hələ 21 yaşındadır".


Son xəbərlər
topaz banner