"Bavariya"nın hədəfindəki 5 kubok

"Bavariya"nın hədəfindəki 5 kubok
XƏBƏR 7 Avqust 2013 / 18:47 2251
-  A +

Almaniyanın "Bavariya" klubu bu mövsüm əsas hədəfi beş kubok qazanmaqdır.

Qol.Az-ın məlumatına görə, ötən mövsüm Bundesliqa Almaniya kubokunu və Çempionlar Liqasını əldə edən Münhen təmsilçisi bu mövsüm də ÇL-i qazanaraq çempionluq ünvanını qoruyan ilk klub olmaq istəyir.

Bu barədə mətbuata danışan klubun idman direktoru Matiya Sammer deyib. "Avropada daha öncə qazanılmamış bir uğuru əldə etmək istəyirik. Ötən mövsümkü kimi üç kubokdan əlavə, UEFA Superkubokunu və FİFA klublararası dünya kubokunu qazanmaq əsas məqsədimizdir" - deyə o bildirib.


Son xəbərlər
topaz banner