Tevez: "Futbolu buraxmağı düşünürdüm"

Tevez: "Futbolu buraxmağı düşünürdüm"
XƏBƏR 7 Avqust 2013 / 17:40 1980
-  A +

"Yuventus" klubunun yeni transferi Karlos Tevez maraqlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, bir televiziya proqramına qatılan argentinalı hücumçu 28 yaşındaykən futbolu buraxmağı düşündüyünü deyib.

O, bu fikrə gəlməsini belə əlaqələndirib: "Mançester Siti"də olduğum zaman baş məşqçim Roberto Mançini ilə yaşadığım mübahisələrdən yorulmuşdum. Futbolu buraxmağı düşünürdüm. İngiltərədə altı il keçirdim və kimsə mənim orada daha altı ilə qalmağım üçün bir qəpik belə verməzdi".

Tevez bildirib ki, məhz belə bir anda "Yuventus" onu bu fikrindən daşındırıb: "Bir yerdən sonra futboldan sıxılırsınız. Mən də getmək istədim. Amma sonra Avropanın ən böyük klublarından olan "Yuventus"a gəldi".

Milli komanda barədə də danışan 29 yaşlı futbolçu bir daha millidə daha forma geymək istəmədəyini vurğulayıb.


Son xəbərlər
topaz banner