Riberi: "Bu mükafatı niyə də almayım?!"

Riberi: "Bu mükafatı niyə də almayım?!"
XƏBƏR 7 Avqust 2013 / 17:01 1905
-  A +

"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi UEFA-nın hər il təşkil etdiyi "Avropada ilin futbolçusu" mükafatına ən yaxşı üç namizəddən bir seçilməsinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, fransız oyunçu klubun rəsmi saytına açıqlamasında namizədlər arasında yer aldığı üçün qürur hiss keçirdiyini deyib:

"Ötən mövsüm komandamla bütün kubokları qazandıq. Bu mükafatı niyə də almayım? Ancaq bu şəkildə də xoşbəxtəm. Qürur hissi keçirirəm".

F.Riberiyə dəstək çıxan klub prezidenti Karl-Haynz Rummenige klubun futbolçunun bu uğuruna sevindiyini qeyd edib: "O, buna layiq idi. İndi də mükafatı qazanmasını gözləyirik".

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner