Daha iki futbolçu yığmaya dəvət olundu

Daha iki futbolçu yığmaya dəvət olundu
XƏBƏR 7 Avqust 2013 / 16:27 2863
-  A +

Avqustun 14-də, Bakı vaxtı ilə saat 21:00-da, Loveç şəhərindəki "Gradski" stadionunda 21 yaşadək futbolçulardan ibarət Bolqarıstan və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq oyunu üçün yığmamızın heyətinə daha 2 futbolçu cəlb edilib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi"dən Emin Mehtiyev və "Sumqayıt"dan Nurlan Novruzov yığmaya dəvət olunub.

Son xəbərlər
topaz banner