AZAL - "Bakı" duelində kim üstün olacaq?

AZAL - "Bakı" duelində kim üstün olacaq?
XƏBƏR 7 Avqust 2013 / 15:07 1621
-  A +

Topaz Premyer Liqasının 2013-2014-cü illər mövsümünün ikinci turu çərçivəsində “Bakı” səfərdə AZAL-la qarşılaşacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vaxta kimi komandalar 18 dəfə üz-üzə gəliblər.

7 oyunda rəqibindən üstün olan “Bakı” 7 qarşılaşmada məğlub olub, 4 oyunda isə barəbərlik qeydə alınıb. Komandanın AZAL üzərində ən böyük hesablı qələbəsi 3:1, ən böyük hesablı məğlubiyyəti isə 0:3 olub. Komandalar arasında keçirilən oyunlarda 31 top vurulub. 16 top “Bakı”nın, 15 top isə AZAL-ın aktivindədir.

Xatırladaq ki, Topaz Premyer Liqasının II turu 10 avqust, saat 19:00-da "AZAL Arena" stadionunda start götürəcək.

Son xəbərlər
topaz banner