Roma papası hansı klubun üzvüdür?

Roma papası hansı klubun üzvüdür?
XƏBƏR 7 Avqust 2013 / 14:23 2416
-  A +

Roma papası Fransiskin öz ölkəsi Argentinanın klublarından olan "San Lorenzo"nun üzvlərindən biri olduğu məlum olub.

Qol.Az-ın məlumatına görə, daha əvvəl bu kluba azarkeşlik etdiyini açıqlayan papa komandaya üzvülük haqlarını hər ay mütəmadi olaraq ödəyir.

Bu barədə "Fox Sport"a açıqlama verən "San Lorenzo"nun prezidenti Marselo Tinelli Fransiskin Roma papası olduqdan sonra üzvülük haqlarını ödəməyəcəyini düşündüklərini deyib:

"Ancaq o, hər dəfə vaxtında bu ödəyib. O, papa olmadan əvvəl, 2008-ci ildən bu klubun üzvüdür".

Bunda başqa, bu ay Romada baş tutacaq İtaliya - Argentina matçına Roma papasının gəlməyəcəyi məlum olub. Lakin onun qarşılaşmadan sonra futbolçularla görüşəcəyi bildirilib.

Son xəbərlər
topaz banner