Rusiyanın “Anji” futbol komandasının baş məşqçisi dəyişdirilib.
Bu barədə klubun sahibi Süleyman Kərimov qərar qəbul edib.
Kərimov Rene Melensteni Hacı Hacıyevlə əvəzləyib. O, klubun inkişaf strategiyasını da dəyişib. Bundan sonra “Anji”də prioritet ulduzlara yox, yerli futbolçulara veriləcək. Dağıstanlı milyarder səbəb kimi sağlıq durumundakı problemləri göstərib.
Klubun inkişaf strategiyasında dəyişiklik barədə qərar “Anji”nin Rusiya çempionatının ötən turunda “Rostov”a məğlubiyyəti və komanda daxilindəki münaqişə fonunda çıxarılıb. Rusiya yığmasının kapitanı, eləcə də klubun yeni transferi İqor Denisovun legionerlər və Melenstenlə konfliktə girib. Hətta hazırda “Anji”də yerlilər və legionerlərin bir-biri ilə küsülü olduqları bildirilir. Bu səbəbdən, İqor Denisov, Vladimir Qabulov, Aleksandr Kokorin və Yuri Jirkovun komandanı tərk etmək istədikləri bildirilir. Kərimov hazırda kifayət qədər yüksək əmək haqqı alan əcnəbi futbolçuları komandadan uzaqlaşdırmaqla klubun büdcəsini də azaltmağı düşünür.
Qeyd edək ki, Hacı Hacıyev əvvəllər 2 dəfə (1999 – 2001 və 2010-2011) “Anji”nin baş məşqçisi olub. 67 yaşlı mütəxəssisin rəhbərliyi altında hazırda AZAL-ın baş məşqçisi olan Vaqif Sadıqov köməkçi-məşqçi, indi “Neftçi”də oynayan Mahir Şükürov futbolçu kimi çalışıb (Lent.az).
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu