Paytaxt derbisində qol vuran qazanır

Paytaxt derbisində qol vuran qazanır
XƏBƏR 7 Avqust 2013 / 13:05 1380
-  A +

Topaz Premyer Liqasının II turu çərçivəsində "Rəvan” ilk ev oyununu keçirəcək. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Bayıl stadionu”nda "aslanlar” "Neftçi” ilə qarşılaşacaq.

Bu oyun 5-ci paytaxt derbisi olacaq. İndiyə qədər komandalar arasında baş tutmuş 4 qarşılaşmada "Rəvan"ın 1, rəqibin isə 3 qələbəsi var. "Neftçi” ilə oyunlarda maraqlı tendensiya yaşanır: qol vuran tərəf qalib gəlir! Yəni, hər oyunda yalnız bir komanda fərqlənir. Bu görüşdə hesabı açmaq mütləqdir. Son 3 dueldə meydan sahiblərinin qalib gəldiyini də vurğulayaq.


Son xəbərlər
topaz banner