Portuqaliya millisinin futbolçusu "Valensiya"da

Portuqaliya millisinin futbolçusu "Valensiya"da
XƏBƏR 7 Avqust 2013 / 02:38 2443
-  A +

Yeni mövsümə hazırlığını davam etdirən "Valensiya" klubu növbəti transferini gerçəkləşdirib.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, "yarasalar" "Saraqoza"nın futbolçusu Elder Poştiqanı transfer edib.

Portuqaliya millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb. Bu transfer "Valensiya"ya 3 milyon avroya başa gəlib. Poştiqa uğurlu çıxış edəcəyi təqdirdə "Saraqoza" əlavə olaraq 20 faiz bonus gəlir əldə edəcək.

Qeyd edək ki, 2011-ci ildən "Saraqoza"da çıxış edən 31 yaşlı futbolçu keçirdiyi 70 oyunda 23 qola imza atıb.


Son xəbərlər
topaz banner