"Qarabağ" İsveçdə

"Qarabağ" İsveçdə
XƏBƏR 7 Avqust 2013 / 00:16 2323
-  A +

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Gefle"nin qonağı olacaq "Qarabağ" klubu ötən gün Bakı vaxtı ilə saat 16:00-da Azərbaycanı tərk edərək Skandinaviya ölkəsinə yollanıb. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi artıq İsveçdədir.
 
"Qarabağ" 5 saatlıq uçuşdan sonra oyunun keçiriləcəyi Sundsvall şəhərinə yetişib. Ardınca komanda məskunlaşacağı otelə yollanıb.

Qurban Qurbanovun komandası bu gün Bakı vaxtıyla saat 22:00-da oyunun keçiriləcəyi meydanda sonuncu məşqinə çıxacaq.

Son xəbərlər
topaz banner