Nuran Qurbanov "Qəbələ"də məşqlərə başladı

Nuran Qurbanov "Qəbələ"də məşqlərə başladı
XƏBƏR 7 Avqust 2013 / 00:01 2122
-  A +

Yeni mövsümə hazırlıq məqsədilə Türkiyənin Sparta bölgəsində təşkil edilmiş təlim-məşq prosesində, daha dəqiq “Antalyaspor” - “Qəbələ” matçında zədələnən Nuran Qurbanov artıq yüngül məşqlərə başlayıb.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bazar günü ayağındakı sarğı açılan gənc futbolçu hazırda bərpa prosesi keçir.
 
Bu barədə komandanın həkimi Rahim Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, Nuran bir həftədən sonra komanda ilə məşqlərə qatıla biləcək:

“Bazar günü Nuranın sargısını açdıq. Hazırda futbolçu reabilitasiya dövrünü keçir. Yüngül məşqlər edir. Hələ ki, yalnız trenajor zalında çalışır. Böyük ehtimalla Nuran bir həftə sonra komanda ilə məşqlərə çıxa biləcək”.

Rahim Məhərrəmov komandada başqa zədəli futbolçunun olmadığını da sözlərinə əlavə edib.

Son xəbərlər
topaz banner