"Rəvan"ın futbolçusu 6 aylıq sıradan çıxdı

"Rəvan"ın futbolçusu 6 aylıq sıradan çıxdı
XƏBƏR 6 Avqust 2013 / 18:52 1683
-  A +

Topaz Premyer Liqasının ilk turu çərçivəsində keçirilən "Simurq” - "Rəvan” matçının ilk yarısında qonaqların üzvü Tofiq Mikayılov zədələnərək meydanı vaxtından əvvəl tərk edib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq görüşü 28-ci dəqiqədə başa vuran "22” nömrəli futbolçunun zədəsinin ciddiliyinə aydınlıq gəlib.

Tofiq dizindəki problemə görə bu il bir daha meydana çıxa bilməyəcək. MRT müayinəsindən sonra onun xaçvari bağlarının sıradan çıxdığı aşkarlanıb. 6 aylıq müalicəyə ehtiyac duyan Mikayılov bu səbəbdən 2013-cü ildə bir də yaşıl meydana ayaq basa bilməyəcək.

Son xəbərlər
topaz banner