"Tottenhem" Qaret Beylin "Real"a getməsinə icazə verdi

"Tottenhem" Qaret Beylin "Real"a getməsinə icazə verdi
XƏBƏR 6 Avqust 2013 / 18:42 4373
-  A +

"Tottenhem" klubunun rəhbərliyi futbolçuları Qaret Beylin komandadan ayrılmaq istəyəcəyi təqdirdə buna icazə verəcəklərini bildirib.

Qol.Az-ın məlumatına görə, bu barədə klubun idarə heyətinin üzvü Keit Mills Britaniya mətbuatına açıqlamasında deyib:

"Beylin qalmasını istəyirik. Ancaq o əgər təkidlə getmək istəyirsə, buna icazə verməkdən başqa çarəmiz qalmayacaq. Bir futbolçunu komandada məcburiyyətlə saxlamaq çox çətindir. Digər klublarda bu cür hallarda yaşananları görürürük. Sizinlə müqaviləsi olsa belə, bir futbolçunu komandada oynamağa məcbur etməməlisiniz".

Qeyd edək ki, artıq Britaniya mətbuatı Q.Beylin transferi üçün "Real"ın "Tottenhme"lə razılığa gəldiyini yazıb.

Son xəbərlər
topaz banner