Neymar: "Xəstəliyim mənə problem yaratmayacaq"

Neymar: "Xəstəliyim mənə problem yaratmayacaq"
XƏBƏR 6 Avqust 2013 / 18:11 3527
-  A +

"Barselona"nın yeni transferi Nemyar səhhətinin yeni mövsümdə ona problem yaratmayacağını deyib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, qan azlığından əziyyət çəkən braziliyalı hücumçu hazırda özünü yaxşı hiss etdiyini bildirib:

"Özümü yaxşı hiss edirəm. Boğazımdan əməliyyat olunduqdan sonra düzəlmişəm. Məşqlərdə heç bir problemim yoxdur. Get-gedə daha da yaxşılaşıram. Məndən komandanın çox böyük istəkləri var. Ümid edirəm ki, yeni mövsüm ən yaxşı oyunumu sərgiləcəyəm".

Qeyd edək ki, çəkisinin az olduğu üçün müalicə olunan Neymar xəstəliyi səbəbindən daha üç kilo arıqlayıb.

Son xəbərlər
topaz banner