UEFA "pley-off" mərhələlərinin püşkünün vaxtını açıqladı

UEFA "pley-off" mərhələlərinin püşkünün vaxtını açıqladı
ÖLKƏ FUTBOLU 6 Avqust 2013 / 17:55 4646
-  A +

UEFA Çempionlar Liqası və Avroliqasının "pley-off" mərhələsinin pükşünün vaxtını açıqlanıb.

Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir avqustun 9-na nəzərdə tutulub.

Həmin gün Bakı vaxtı ilə saat 14:45-də Çempionlar Liqasının, bir saat sonra (saat 16:00-da) Avroliqanın "pley-off" mərhələsinin püşkü atılacaq.

Avroliqada yeganə təmsilçimiz olan "Qarabağ"ın "pley-off"dakı potensial rəqibi də məhz ayın 9-da bəlli olacaq. Lakin Ağdam təmsilçisi buna qədər "Gefle" (İsveç) səddini keçməlidir. İlk oyunda Bakıda rəqibini 1:0 hesabı ilə məğlub edən "Qarabağ" avqustun 8-də İsveçdə cavab matçına çıxacaq.

Qeyd edək ki, Avroliqanın "pley-off" mərhələsinin oyunları 22-29 avqust tarixlərində keçiriləcək.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu