Amit Quluzadə: "İndi daha yaxşı baş məşqçimiz var"

Amit Quluzadə: "İndi daha yaxşı baş məşqçimiz var"
ÖLKƏ FUTBOLU 6 Avqust 2013 / 17:08 2712
-  A +

“Qəbələ” klubunun yarımmüdafiəçi Amit Quluzadənin Qol.Az saytına müsahibəsi

- Komandanız yeni mövsümə hərtərəfli hazırdır?

- Bu il yaxşı təlim-məşq toplanışı keçirdik. Bir neçə yoldaşlıq oyunu keçirdik. Çalışacağıq ki, hazırlıqlarda yığdığımız gücü qarşıdakı oyunlarda istifadə edək. Komandamız heyət və fiziki hazırlıq baxımından mövsümə tam hazırdır.

- Çempionata uğrlu statr verdiniz, “Bakı”ya qalib gəldiniz. Oyun haqqında ne deye bilərsən?

- Bizim üçün asan oyun olmadı. Çempionatın birinci oyunu olduğu üçün komandamızda həyacan var idi. Amma inanırdıq ki, qələbə qazanacağıq. İstədiyimiz kimi də oldu. Ola bilər ki, elə həyacanın təsirindən qapımızda qol gördük. Ancaq sonradan özümüzü toplayıb üstünlüyü ələ aldıq və iki qol vuraraq qalıib gəldik.

- “Bakı” ilə oyunda “Qəbələ”nin bir neçə yeni transferi çıxış etdi. Onların oyunu necə alınırdı?

- “Qəbələ”də ilk oyunlarının nəzərə alsaq, yaxşı çıxış etdilər. Təbii ki, onlarda da həyacan var idi. İlk oyunlarında yaxşı təsir bağışlamaq istəyirdilər.

- Komandanız keçən mövsümdə də xeyli transferlər etdi, çempionata yaxşı start verdi. Ancaq sonradan “Qəbələ”nin oyununda eniş baş verdi. İndiki heyətlə daha uğurlu nəticələr gözləmək olar?

- Keçən mövsüm komandamızda müəyyən problemlər oldu. Ona görə çempionatı yaxşı nəticə ilə bitirə bilmədik. Ancaq bu il daha yaxşı baş məşqçimiz və komandamız var. Çalışacağıq ki, ötənilki uğursuzluqları kənara qoyaq və bu il daha yaxşı yerlər üçün mübarizə aparaq.

- “Bakı” ilə oyunda 90 dəqiqə meydanda oldun. Yəqin ki, baş məşqçiniz oyunundan razıdır.

- Oyundan sonra baş məşqçimiz Yuri Syomin məni və komanda yoldaşlarımı təbrik etdi. Yəqin ki, bugünkü məşqdə bizim müsbət və mənfi cəhətlərimizi deyəcək. Ümumi deyə bilərəm ki, mən də daxil olmaqla komandamız yaxşı çıxış etdi.

- Artıq yeni mövsümdən 10 komanda ilə daha çətin mübarizə gedəcək. Komandaların əksəriyyəti iddialıdır. “Qəbələ”nin iddiaası nə olacaq?

- Bizim iddiamız çempionluqdur.

- Gələn il “Qəbələ”ni avrokuboklarda görə bilərik?

- Əlbəttə, bunu biz də çox istəyirik. Biz də Azərbaycanı Avropada təmsil etmək istəyirik. Buna görə də, qarşımıza məqsəd qoymuşuq ki, ən azı avrokuboklara vəsiqə qazanaq.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu