"Qəbələ" "İnter"lə oyunun hazırlıqlarına start verdi

"Qəbələ" "İnter"lə oyunun hazırlıqlarına start verdi
XƏBƏR 6 Avqust 2013 / 15:18 1255
-  A +

Topaz Premyer Liqasının ilk həftəsində səfərdə "Bakı"nı məğlub edən (2:1) "Qəbələ" bazar ertəsindən etibarən növbəti turun hazırlıqlarına start verib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iki günlük istirahətdən sonra doğma məkanda toplaşan Yuri Syominin komandası gündəlik iki məşqlə ikinci turda baş tutacaq "Qəbələ" - "İnter" qarşılaşmasına hazırlaşır.

İlk qarşılaşmada yer almayan futbolçular məşqlərə daha əvvəl - bazar günü başlayıb. "Bakı" ilə oyunda əldə olunan əzmkar qələbədən sonra çempionata uğuru start verən "qırmızı-qaralar"ın düşərgəsində yüksək əhval-ruhiyyə müşahidə olunur.


Son xəbərlər
topaz banner